Gəncədə güclü külək bir sıra fəsadlar yaradıb.
KONKRET.az xəbər verir ki, bu gün günorta saatlarından müşahidə edilən güclü külək şəhər ərazisində bir sıra fəsadlar yaradıb.
Belə ki, iri gövdəli ağaclar aşaraq yolları bağlayıb. Bundan başqa, şəhərdə ağaclar elektrik və telefon xətlərinin üzərinə aşıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsində problemlər yaranıb.