“Qərb diqtə edə bilməyəndə öldürür – Rusiya olsa belə …backend

“Qərb diqtə edə bilməyəndə öldürür - Rusiya olsa belə ...

“Amerikaya özündən qat-qat zəif, lakin “cibində” nüvə silahı olan aqressiv Rusiya lazımdır. Rusiya Avropa ölkələrinin başı üzərində asılmış “Domokl qılıncıdır’. Rusların 1945-ci ildə Almaniyada, 1956-cı ildə Macarıstanda, Çexoslavakiyada etdiyi vəhşilikləri avropalılar unutmayıblar. Bu isə həmişəki kimi Avropanı Amerikanın himayəsinə sığınmağa məcbur edir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. Əlibəyli bildirib ki, Rusiya tam çökəcəyi halda Avropa ölkələri – Fransa və Almaniya başda olmaqla Amerikanın nüfuz dairəsindən qurtulmağa çalışacaqlar: “Belə bir ideya hələ Hüqonun əsərlərində Avropa Birləşmiş Ştatları adı ilə ideya kimi keçirdi. Təbii ki, bu, Amerikaya sərf etməyəcək. Tarixə nəzər salsaq görərik ki, ruslar daima anqlo-saksların “dudka”sı altında oynayıblar. 1800-cü ildə rus imperatoru I Pavel Britaniyanın qatı düşməni olan Fransa imperatoru Napoleon Bonapart ilə gizli müqavilə bağlayaraq, Britaniyanın o vaxt müstəmləkəsi olan Hindistana yürüş planı hazırlayırdı. Lakin bundan xəbər tutan Britaniya kəşfiyyatı həmin an Pavelin ən çox inandığı Peterburqun qubernatoru qraf Pyotr Palenin başçılıq etdiyi bir dəstə zədagan vasitəsi ilə 1801-ci ilin martın 24-də gecə saatlarında Paveli qətlə yetirərək, Rusiyanın siyasi xəttini özünün sərf etdiyi istiqamətə yönəltməyə asanlıqla nail oldu”.

Jurnalist Əziz Əlibəyli mətbuat katibi təyin olundu | Hokm.Az

Əziz Əlibəylinin sözlərinə görə, Rusiya rəhbəliyi Amerika-Britaniya cütlüyünün mənafeyinə zidd olan siyasət yeritsəydi, onlar üçün Rusiya hakimiyyətində dəyişiklik etmək heç də çətin olmazdı: “Milyardlarla sərmayə, on minlərlə insan itkisi bahasına başa gələcək və nəticəsi bəlli olmayan nəhəng Rusiya ilə müharibə aparmaqdansa, bir saatlıq hərbi çevriliş etmək daha asan və qarantlıdır”.

şviq Tofiqoğlu

KONKRET.az

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*