Qərb post-sovet məkanını Rusiyaya güzəştə gedir, Pekin “yumşaq gücə” arxalanır – İLGİNC PLANbackend

Qərb post-sovet məkanını Rusiyaya güzəştə gedir, Pekin "yumşaq gücə" arxalanır – İLGİNC PLAN

“Bayden -Putin görüşməsi İsveçrədə, “La Grange” villasında baş tutacaq. Məncə əsas müzakurə olunacaq məsələ, Çinin artan nüfuzu olacaq.

Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib. O bildirib ki, əgər ABŞ Çinə qarşı Rusiyaya birgə davranışla bağlı uyğun plan təqdim etsə, (yəni, sanksiyalar qalxır, Krım Rusiya kimi tanınır və s.) və Kreml bununla razılaşsa, o zaman dünya üçün yeni durum yaranacaq: “Bizim üçün ən pisi odur ki, bu anlaşma baş tutsa, baltikyanı ölkələrdən başqa bütün post-sovet məkanını Qərb Rusiyaya güzəştə gedə bilər. Hətta, orta və uzun vadədə Qərblə Rusiya Çinə qarşı birləşməyə məhkumdur. Rusiya da anlayır ki, real və faktiki təhlükə onun üçün məhz Çindir”.

Natiq Cəfərli Respublikaçı Alternativ Partiyası Prezident və hökumət  nümayəndələri işğaldan azad edilmiş torpaqlara yönəlmiş “ağıllı şə… in 2021  | Men's blazer, Blazer, Men

Natiq Cəfərli əlavə edib ki, rəsmi Pekin “yumşaq gücə” arxalanır və uzun zamana “oynayır”. Çinin tələsən yeri yoxdur: “Bu fəlsəfi yanaşma və zamana oynamaqla Hong Kong-u belə özlərinə qaytara bildilər. Yaxın 30-50 ildə Rusiyanın Uraldan Kuril adalarına qədər ərazisində, əsasən də Amur çayı və Baykal ərtafında ən azı 30-50 milyon etnik çinli məskunlaşacaq. Bu qaçılmaz bir prosesdir və rəsmi Moskva bunu yaxşı anlayır”.

şviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*