Qərb “qələbə planı”na “yox” dedi – Ukrayna döyüş meydanında Rusiya ilə tək qaldıbackend

Qərb "qələbə planı"na "yox" dedi - Ukrayna döyüş meydanında Rusiya ilə tək qaldı

Xəbər verdiyimiz kimi, Ukrayna lideri Vlodimir Zelenski Rusiya ilə müharibədə zəfər əldə etmək üçün “qələbə planı”nı açıqlayıb. Məlumata görə, Zelenski planın 5 bənd və üç gizli əlavədən ibarət olduğunu deyib. Qeyd olunub ki, bəndlərdən ilk dördü müharibə dövrünə, sonuncusu isə təhlükəsizliklə bağlı ikinci işğalın qarşısını almaq üçün müharibənin bitməsindən sonrakı vaxta aiddir.

Lakin plana qarşı münasibət Qərb və ABŞ tərəfindən birmənalı olmayıb. Bəzi siyasi analtiklər və ekspertlər bunu uğursuz adlandırıblar. Rusiya nümayəndələri bunu özlərinin növbəti qələbəsi kimi elan ediblər.

KONKRET.az xəbər verir ki, Rusiyanın məşhur informasiya portalı “gazeta.ru” Ukrayna liderinin planı haqda məqalə dərc edib. Qeyd olunub ki, Ukrayna müharibədə dalana dirənib:

“Ukrayna Prezidenti Vlodimir Zelenskinin müharibədə qələbə qazanmaq üçün öz planını təqdim etdi. Lakin onun diplomatik turu uğurlu alınmadı. İndi onlar üçün münaqişənin gələcəyi sual altındadır. Son ümidləri “qələbə planı”na idi. Danışıqlar zamanı məlum oldu ki, rəsmi Kiyev və Qərb arasında müəyyən fikir ayrılıqları var. Amerikalılar və avropalılar gözləyirdilər ki, Ukrayna onlar üçün aydın qələbə baxışı təqdim edəcək və buna nail olmaq üçün aydın yol xəritəsi çəkəcək. Lakin hər şey gözlənildiyi kimi olmadı, Zelenski sadəcə güclü mövqedən danışıqlar apara bilməsi üçün “istəklər siyahısını” təqdim etdi. Prezident təkid edir ki, Rusiya ərazilərinə uzaqmənzilli silahlarla zərbə müharibənin gedişini onların xeyrinə çevirəcək. Lakin Avropa liderləri planı uğurlu hesab etmirlər. Onlar Rusiya ərazilərinə zərbələri daha təhlükəli hesab edirlər. Nəticədə, “qələbə planı”na “yox” deyildi. Artıq Qərb mediası Zelenskinin Rusiya və daxili problemlərlə baş-başa qaldığını yazır.

Bəs belə vəziyyətdə Ukraynanın alternativləri varmı?

Zelenskinin sözlərinə görə, Kiyevin həqiqətən də öz “B planı” var – Qərbin məhdud yardımı və daxili resurslara arxalanaraq indi olduğu kimi mübarizəni davam etdirmək. Aydındır ki, bu halda Ukrayna müdafiə mövqeyi tutmalı və dözməli olacaq. Sual budur ki, Kiyev nə qədər mübarizə apara biləcək?

Başqa sözlə, “B Planı”nın ən real məqsədi gələn ilin əvvəlinə qədər mübarizə aparmaq və bundan sonra nə edəcəklərinə qərar verməkdir. Bunun üçün Ukraynanın kifayət qədər resursları olmalıdır. Ukrayna Silahlı Qüvvələri xroniki böhran yaşayır. Cəmiyyətində hakimiyyətin siyasətindən məyusluq artır, lakin əksəriyyət hələ də Rusiya ilə güzəştə getmək istəmirlər.

Burada Zelenski üçün əsas məsələ vəziyyəti düzgün qiymətləndirmək və qərar vermək üçün anı qaçırmamaqdır. Axı siyasi vəziyyət düzəlməsə və Ukrayna hakimiyyəti mürəkkəb suallara cavab axtarmalı olacaq”.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*