“Qərb Ukraynanı təslim olmağa məcbur edəcək”.
KONKRET.az xəbər verir ki, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Bloomberg-ə şərhində belə deyib.
O bildirib ki, Qərb Ukraynanı Rusiya ilə danışıqlara təhrik edəcək.
“Kiyevin raket sistemləri və sursat çatışmazlığı, eləcə də Aİ-nin aylarla davam edən qərar qəbul etmə prosesi Ukraynaya təslim olmaqdan başqa çarə buraxmır”, – deyə Qabrielius Landsberqis bildirib.
Litvalı nazir məyusluqla əlavə edib ki, ABŞ-ın yardımı respublikaçılar tərəfindən əngəllənir və Aİ Kiyevi kifayət qədər mərmi ilə təmin edə bilmir.
Burhan,
KONKRET.az