Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatıbackend

Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı

Milli Məclisin dekabrın 26-da keçirilən plenar iclasında parlamentdə təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin – 23 deputatın adından Bəyanat səsləndirilib.

KONKRET.az xəbər verir ki, bəyanatı Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli oxuyub.

Bəyanatda vurğulanır ki, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin edilməsi etimad quruculuğu vasitələrindən biridir.

Həmçinin bəyanatda Qərbi Azərbaycanın indiki Ermənistanın ərazisində tarixən azərbaycanlıların sıx şəkildə yaşadığı coğrafi məkan olduğu, əhalinin dəfələrlə öz doğma yurdlarından sürgün edildikləri, amansızlıqla qətlə yetirildikləri bildirilir. XVIII əsrdən başlanan deportasiya üç müxtəlif (1905–1920, 1948–1953, 1988–1992) mərhələni əhatə edib.

Qalib Azərbaycanın sülhün bərqərar olunmasında, Ermənistanla normallaşma istiqamətində səylərini davam etdirdiyi diqqətə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*