İran Ermənistanın ərazi bütövlüyü və suverenliyinə yönəlmiş istənilən iddianı qətiyyətlə rədd edir.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
Bundan başqa, Sübhani İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnaməyə qarşı çıxıb:
“Bir ölkənin digər ölkəyə qarşı ərazi iddialarını əks etdirə biləcək “yalan və saxta ifadələr” bizim üçün qəbuledilməzdir. Bu cür “uydurma və yanlış terminlərin” (İran səfiri qətnaməni bu cür təsvir edib – red.) istifadəsi regionda dinc birgəyaşayışa və mehriban qonşuluğa ziddir. Ona görə də bu tip ifadələrdən çəkinmək lazımdır. “Qərbi Azərbaycan” – İran İslam Respublikasının bir əyalətinin adıdır. Bu adın başqa bir coğrafi bölgəyə, xüsusilə də hər hansı formada ərazi iddialarını ehtiva edəcək şəkildə tətbiqi yolverilməzdir”.
Onun sözlərinə görə, İranın Ermənistana münasibətdə mövqeyi dəyişməz olaraq qalır:
“İran İslam Respublikası Ermənistanın ərazi bütövlüyünü və milli suverenliyini dəstəkləyir. Biz tövsiyə edirik ki, bu cür özfəaliyyət xarakterli “tarixi iddialar” regionda sülhün bərqərar olmasına mane olmasın”.
Düşmən olub və olacaq farslar
Fars yenə də Azərbaycana qarşı öz açıq düşmənliyi davam etdirir.
İt hürər, karvan keçər
Siz də ermənilər kimi bizim tarixi torpaqlarımızda fars dövləti qurmusunuz. Ona görə də faktları “tarixi iddia” hesab edirsiz.
35 milyon azərbaycanlı yaşayan torpaq da azərbaycanındı, rusnan necə bölmüsüz bunu tarix bilir, sizi erməniynən qardaş edən də o torpaqları geri qaytarmaq istəsək erməniləri bizim üstümüzə hürdürüb aranı qatmaqdı, guya bunu bilmirik, Yaxçısı budu cənab səfir siz də cənubi azərbaycanı qaytarın, sülh yoluyla, yoxsa nə olacaq bilirsiz yəqin!
Sefir unudub tarixi yeniden yaddaş vermek lazımdı