Ticarət-iqtisadi sahədə 16 özəl şirkətin menecerləri və nümayəndələrindən ibarət İran nümayəndə heyəti Ermənistanın Sünik rayonuna (Qərbi Zəngəzur) gedib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, İran nümayəndə heyətini vilayət qubernatoru Robert Qukasyan qəbul edib. Görüşdə İranın Qafandakı baş konsulu Morteza Abedin Varamin də iştirak edib.
Qukasyanın sözlərinə görə, “Yaxın gələcəkdə Ermənistan və İranda çoxlu erməni-iran layihələri həyata keçiriləcək. Bizim artıq Sünikdə İran təşkilatları tərəfindən həyata keçirilən ən böyük layihələrimiz var”.
İran konsulu qeyd edib ki, konsulluğun fəaliyyəti dövründə bu, Qərbi Zəngəzura səfər edən bu sahədə ən böyük nümayəndə heyətidir.
Görüşdə İrandan gələn qonaqların hər biri öz şirkətlərinin fəaliyyət dairəsini, regiona investisiya qoymaq və iqtisadi inkişafda iştirak etmək istəklərini təqdim ediblər.
Rəsmiyyə Şərifova,
KONKRET.az