“Qərbin bu addımı ikiüzlülükdür” – Papuaşvilibackend

"Qərbin bu addımı ikiüzlülükdür" - Papuaşvili

Gürcüstan parlamentinin spikeri Qərb institutlarını ikiüzlülükdə ittiham edir.

KONKRET.az xəbər verir ki, Şalva Papuaşvili bildirib ki, səhvləri etiraf etmək, zorakı hərəkətləri pisləmək və Avropa Demokratiyaya Yardım Fondunun maliyyəsini açıqlamaq əvəzinə, Gürcüstana qarşı məlumatsız və əsassız ittihamlar eşidir.

Papuaşvilinin sözlərinə görə, ATƏT-in seçki hesabatını tanımayan qurumların Gürcüstan hakimiyyətini təşkilatın gələcək hesabat qanunlarında nəzərə almağa çağırması ikiüzlülükdür.

“Maraqlıdır ki, səhvləri etiraf etmək, zorakı hərəkətləri pisləmək və Avropa Demokratiyaya Yardım Fondunun maliyyəsini açıqlamaq əvəzinə, Gürcüstana qarşı məlumatsız və əsassız ittihamlar eşidirik, – Papuaşvili vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*