Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbdə bəzi dairələrin hələ də Rusiyanı müxtəlif regionlara bölmək niyyətində olduqlarını bildirib. Onun sözlərinə görə, bu ideyanı xaricə qaçmış “xarici agent” elan olunmuş müxalifət də müdafiə edir, lakin hələlik ciddi nəticələr əldə etməyib.
KONKRET.az xəbər verir ki, Lavrov xatırladıb ki, SSRİ-nin süqutu Rusiyanın öz utopik xətaları ilə bağlı olub: “Biz düşündük ki, ideoloji ziddiyyətləri aradan qaldırmaqla Qərbdə bərabərhüquqlu tərəf kimi qəbul ediləcəyik. Amma Qərbin heç vaxt belə niyyəti olmayıb. Onlar SSRİ-nin dağılmasını faciə kimi deyil, Rusiyanı zəiflətmək üçün fürsət kimi dəyərləndirdilər”.
Nazir qeyd edib ki, MDB və digər postsovet inteqrasiya strukturları konsensus əsasında qurulub, halbuki NATO və Aİ kimi birliklərdə sərt intizam və vahid idarəetmə mövcuddur.
Müşviq Tofiqoğlu
KONKRET.az