Qətlə yetirilən bir ailənin 5 üzvü bu gün dəfn olunacaqbackend

Qətlə yetirilən bir ailənin 5 üzvü bu gün dəfn olunacaq

Dünən qətlə yetirilən ailənin üzvləri bu gün dəfn olunacaqlar.

KONKRET.az xəbər verir ki, AZXEBER.COM-un əldə etdiyi məlumata görə, dünən qətlə yetirilən bir ailənin 5 üzvü bu gün Keşlə qəbiristanlığında dəfn olunacaq.

Qətlin baş verməsi ilə bağlı danışan ailə yaxını bildirib ki, Əhməd dəhşəti törətməzdən əvvəl bacısının evinə gedib, orada bacısı və bacısının övladını öldürəndən sonra atasının yanına gedib.

Atası ilə sözləri çəp gəldikdən sonra atasını ürəyindən bıçaqlayıb.
Qonşu mərhum məktəb direktoru Bikə Əhmədovaya zəng edib evlərindən səs gəldiyini bildirib. Bikə Əhmədova kiçik oğlu Məhəmməd ilə evə gələndə həyat yoldaşı Mehmanı qanlar içində görüb.
Qaçmaq istəyən zaman oğlu Əhməd anasını və qardaşını xüsusi amansızlıqla qətlə yetirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*