Qeydiyyatdan keçmədən toy edən restoranlar cərimələndibackend

Qeydiyyatdan keçmədən toy edən restoranlar cərimələndi

Goranboy rayonunda portalda qeydiyyatdan keçmədən toy edən restoranlar cərimələnib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov KONKRET.az-a açıqlamasında bildirib ki, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Tac” və “Osan” şadlıq saraylarının müvafiq portalda qeydiyyatdan keçmədən toy etdikləri məlum olub.

Balakürd kəndində isə fərdi yaşayış evinin həyətində toy təşkil olunması müəyyən edilib. Həmin toyda qonaqların sayının qanunla müəyyən edilmiş saydan çox olduğu aşkarlanıb.

Restoran sahibləri 4 min manat, toy sahibləri isə 400 manat cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*