Qeyri-adi hadisə: 34 yaşlı qadın bir dəfəyə 10 uşaq doğdubackend

Qeyri-adi hadisə: 34 yaşlı qadın bir dəfəyə 10 uşaq doğdu

Səudiyyə Ərəbistanında qeyri-adi hadisə baş verib: 34 yaşlı qadın birdən-birə 10 körpə dünyaya gətirib.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü “Saudi Gazette” nəşri öz elektron versiyasında məlumat yayıb.

Məlumata görə, doğuş Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin ölkənin şimal-qərbində yerləşən Tabuk şəhərindəki Kral Salman adına xəstəxanasında olub.

Qeyd edilir ki, qadın bir neçə həftə ərzində adıçəkilən tibb müəssisəsinin mamalıq və ginekologiya şöbəsinin müdiri Attiya əl-Zəhrani başda olmaqla həkimlərin ciddi nəzarəti altında olub.

10 yeni doğulmuş körpənin hər birinin çəkisi 950-1100 qram arasındadır. Onların hamısı tamamilə sağlamdır. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*