“Qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa olunmalıdır” – Millət vəkilibackend

“Qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa olunmalıdır” – Millət vəkili

Bazar günü saat 00:00-dan, 16 may saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerlərini dəyişdirərək həmin müddətdə ictimai nəqliyyatın da fəaliyyətini dayandırıb.

Bu qərarla bağlı KONKRET.az-a danışan millət vəkili Vüqar Bayramov bildirib ki, hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur: “Digər tərəfdən, oxşar praktikadan, yəni ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməməsi, bu il Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də istifadə olunub. Amma qeyri-iş günlərindən sonra, biz ölkədə yoluxma sayının artdığını müşahidə etdik. Bu baxımdan, qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı”.

Vüqar Bayramov: | Talk show, Scenes

Vüqar Bayramov əlavə edib ki, bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyəti dayandırılmır, sadəcə müddəti qısa olur: “Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*