Qeyri-neft ixracı 16 %-dən çox ARTDIbackend

Qeyri-neft ixracı 16 %-dən çox ARTDI

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard 386 milyon ABŞ dolları təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.

Təkcə bu ilin oktyabr ayında isə qeyri-neft ixracının dəyəri illik müqayisədə 10,5 % artaraq 269,15 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən il Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisədə 47,2 % artaraq 2 milyard 713,4 milyon ABŞ dolları təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*