Qəzada həlak olan Anar da Qroznıda işləyirmişbackend

Qəzada həlak olan Anar da Qroznıda işləyirmiş

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşən təyyarədə həlak olan Anar Babayev Rusiyanın Çeçenistan Muxtar Respublikasının Qroznı şəhərində işləyib.

KONKRET.az Report-a istinadla xəbər verir ki, bunu onun atası Zöhrab Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Dağıstandan Azərbaycana indi gəlib:

“Oğlumla dünən əlaqə saxlamışdım. Telefonunun enerjisi yox idi. Mənə demişdi ki, təyyarədən enən kimi zəng vuracaq. Saat 9-da xəbər gəldi ki, qaza olub. Ondan bir müddət sonra ölüm xəbərini eşitdik. Qroznıda işləyirdi. Evli olsa da, uşağı yox idi. Bizə nəşinin gətirilməsi ilə bağlı hər hansı məlumat verilməyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*