Qəzadan sağ çıxanlardan biri BU MƏŞHUR ŞƏXSİN QIZI İMİŞbackend

Qəzadan sağ çıxanlardan biri BU MƏŞHUR ŞƏXSİN QIZI İMİŞ

Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxanlardan biri 90-cı illərdə Qroznıda faciəvi şəkildə həlak olmuş məşhur sovet alimi Əbdül-Həmid Bisliyevin qızıdır.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, 54 yaşlı Cəmilə Bisliyeva Aktauda “Embraer 190AR” markalı təyyarənin qəzaya uğraması nəticəsində sağ çıxa bilib.

Əbdül-Həmid Bisliyev 1991-ci il noyabrın 11- də yoldaşı, pedaqoji elmlər doktoru, professor, Çeçenistan Dövlət Universitetinin rektoru Viktor Abramoviç Kan-Kalikə kömək etdiyi üçün öldürülüb. Kan-Kalik və Bisliyev universiteti birlikdə tərk edərkən bir qrup silahlı şəxs rektoru tutaraq maşına mindirməyə çalışıb. Onları dayandırmağa çalışan Bisliyev avtomatdan açılan atəşlə qətlə yetirilib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*