Qəzanın araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildibackend

Qəzanın araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan araşdırmaların dərinləşdirilməsi üçün Türkiyədən ekspert qrupu cəlb edib.

Məlumata görə, artıq türkiyəli mülki aviasiya ekspertlərindən ibarət nümayəndə heyəti qəza yerinə gedib.

Türkiyəli mütəxəssislər araşdırmalarının nəticəsini Azərbaycan rəsmiləri ilə bölüşəcək.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*