Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin daha iki qalığı tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-dən bildirilib.
Hadisə yerində axtarışlar gecə saatlarında da davam etdirilib.
Türkiyənin “AKINCI” PUA-sının hazırda hadisə yerində axtarış apardığı vurğulanıb.
Qeyd edək ki, təyyarədə olan 20 hərbçi qəza nəticəsində həlak olub.
