İsrail əsgərləri çərşənbə axşamı Qəzzanın mərkəzindəki fələstinli qaçqın düşərgələrini atəşə tutub.
KONKRET.az xəbər verir ki, sakinlərin təxliyyə edilməsi əmri verilib.
Qəzzanın əsas telekommunikasiya operatoru “Paltel”, bundan sonra xidmətlərin tam kəsilməsini elan edib. Yeni potensial müharibə zonasının açılması daha çox dağıntı və yerdəyişmə təhlükəsi yaradır. Beynəlxalq təzyiqlərə baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu mübarizənin hələ bitmədiyini deyib.
Vəli Həsənov,
KONKRET.az