Qəzza sektoruna humanitar yardımların buraxılması dayandırıldıbackend

Qəzza sektoruna humanitar yardımların buraxılması dayandırıldı

İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Qeyd edilib ki, İsrail Baş naziri Binyamin Netanyahu əsir və girovların mübadiləsinə dair razılaşmanın birinci mərhələsinin başa çatması və HAMAS-ın ABŞ Prezidentinin nümayəndəsi Stiven Uitkoffun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəs və girovların azadlığa buraxılmasıyla bağlı təklifini qəbul etməməsi ilə əlaqədar belə qərar verib. Bu gün səhərdən Qəzzaya bütün humanitar malların və yüklərin daşınması dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*