Qəzzada 187 518 nəfər evlərini tərk edib, 137 427 nəfər isə hazırda UNRWA məktəblərində sığınır.
KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb.
Məlumata görə, bu, 2014-cü ildə 50 günlük döyüşlərin şiddətlənməsindən bəri ən çox məcburi köçkündür və bu, Qəzza zolağında 1967-ci ildən bəri qeydə alınan ən ölümcül eskalasiya olub. Oktyabrın 9-na keçən gecə İsrail qüvvələri fələstinlilərin təxliyəsi barədə göstəriş verib.
Qeyd edək ki, İsrailin hava və qurudan hücumları artıq üçüncü gündür ki, davam edib. İnfrastrukturun və küçələrin dağıdılması mülki müdafiə qruplarının və tibb işçilərinin zərərçəkənlərə çatmasını çətinləşdirib.
Ariz Həsənoğlu,
KONKRET.az