Fələstin-İsrail münaqişəsi başlayandan bəri Qəzza zolağında 63 media işçisi həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ) məlumat yayıb.
Təşkilatın hesabatında qeyd edilir ki, qurbanların yenilənmiş siyahısına bazar günü İsrailin hava hücumu nəticəsində həlak olan Əl-Qüds televiziyasının müxbiri Həsən Fərəcallah və Əl-Məcədət televiziyasının jurnalisti Şima əl-Qəzzar da var.
Ariz Həsənoğlu,
KONKRET.az