Qəzzada ölənlərin sayı 58 mini keçdibackend

Qəzzada ölənlərin sayı 58 mini keçdi

Qəzzadakı Səhiyyə Nazirliyi İsrailin oktyabr 2023-cü ildən bəri həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayının 58 min nəfəri keçdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, nazirliyin məlumatına görə, ümumilikdə 138 500-dən çox insan yaralanıb. Son olaraq, şənbə günü Qəzzanın müxtəlif bölgələrinə endirilən hava zərbələri nəticəsində ən azı 110 nəfər həlak olub. Bu barədə Al Jazeera tibbi mənbələrə istinadən məlumat yayıb.

Həlak olanlar arasında ABŞ-ın dəstəyi ilə fəaliyyət göstərən Gaza Humanitarian Foundation (GHF)-in Cənubi Rəfahda yerləşən anbarı qarşısında ərzaq yardımı növbəsində dayanan 34 mülki şəxs də var.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*