2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan bəri Qəzza zolağında təxminən 45,1 min fələstinli ölüb, 107,2 mindən çoxu isə yaralanıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Qəzza Səhiyyə Nazirliyi yayıb. Məlumatda daha sonra deyilir: “Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzzada hərbi əməliyyatlarının qurbanlarının sayı 45 097 nəfərə yüksəlib, daha 107 244 nəfər yaralanıb”.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində anklavda İsrail hərçilərinin atəşi nəticəsində 38 nəfər ölüb, daha 203 nəfər yaralanıb.
Vəli Həsənoğlu,
KONKRET.az