ABŞ prezidenti Donald Tramp bildirib ki, Fələstinin HƏMAS hərəkatı təslim olarsa, Qəzza zolağındakı humanitar böhran dərhal sona çata bilər.
KONKRET.az bildirir ki, bu barədə o, sosial şəbəkə səhifəsində yazıb.
“Qəzzada humanitar böhrana son qoymağın ən sürətli yolu HƏMAS-ın təslim olub girovları azad etməsidir”, – Tramp deyib.
Həmçinin Qətər, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və Aİ də daxil olmaqla 17 ölkənin HƏMAS-ı Qəzza zolağında hakimiyyətdən əl çəkməyə çağıran sənədi dəstəklədiyi bildirilir.
“Qəzzada müharibənin dayandırılması kontekstində Həmas suveren və müstəqil Fələstin dövlətinin yaradılması məqsədinə uyğun olaraq beynəlxalq ictimaiyyətin iştirakı və dəstəyi ilə Qəzzada öz hakimiyyətinə son qoymalı və silahlarını Fələstin Muxtariyyətinə təhvil verməlidir”, – BMT-nin iki dövlətli həllin bərpasına dair konfransında razılaşdırılan bəyannamədə deyilir.
Müşviq Tofiqoğlu
KONKRET.az