BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi öz hesabatında bildirib ki, son bir neçə gündə təxminən 400 min fələstinli Qəzza zolağının şimal bölgələrinə qayıdıb.
KONKRET.az xəbər verir ki, yanvarın 27-də sahil yolunun açılmasından sonra Qəzza zolağının cənubundan şimalına 375 mindən çox insan keçib. Bundan əlavə, qeyd edilir ki, yanvarın 28-də humanitar yardım daşıyan 836 yük maşını Qəzza zolağına daxil olub. HƏMAS israilli qadın girovlardan birini azad ediləcəyini təsdiqlədikdən sonra İsrail ordusu fələstinlilərin anklavın şimalına qayıtmasına icazə verib.
Yanvarın 25-də anklavda saxlanılan, İsrail ordusunda xidmət edən 4 qadın girov Qəzzadan vətənlərinə qayıdıb. İsrail 200 fələstinli məhbusu azad edib. Onlardan 114-ü İordan çayının qərb sahilinə gəlib, 16-sı Qəzzaya qayıdıb, qalan 70-i isə Misirə deportasiya edilib və onları HƏMAS rəhbərliyinin nümayəndələri qarşılayıb.
Vəli Həsənoğlu,
KONKRET.az