Qəzzadan yaralıların çıxarılması üçün koordinasiya qrupu yaradıldıbackend

Qəzzadan yaralıların çıxarılması üçün koordinasiya qrupu yaradıldı

Türkiyə, Misir və İsrail yaralıların Qəzza zolağından çıxarılması üçün koordinasiya qrupu yaradıb.

KONKRET.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkə hesabındakı açıqlamasında Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
“Qəzza zolağından xəstələrin çıxarılması üçün diplomatik səylər çərçivəsində İsrail Səhiyyə Nazirliyi ilə əlaqə yaradılıb və Türkiyə, Misir və İsrail arasında səhiyyə məsələləri üzrə koordinasiya qrupu yaradılıb”, – deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*