Qəzzanın şimalında müvəqqəti atəşkəs elan olundubackend

Qəzzanın şimalında müvəqqəti atəşkəs elan olundu

İsrail Qəzzanın şimalındakı Cəbəliya düşərgəsi ərazisində hərbi əməliyyatları müvəqqəti dayandırıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat katibi Aviçai Edri bildirib.

“Saat 10:00-dan 14:00-a qədər ərzaq çatdırılması və əhalinin təxliyyəsi üçün Cəbəliya bölgəsində humanitar məqsədlərlə hərbi əməliyyatlar müvəqqəti dayandırılacaq”, – Edri bildirib.

Bundan əlavə, fələstinlilərin Qəzzanın şimalından cənubuna təxliyəsi üçün sabah səhər saat 09:00-dan 16:00-a qədər humanitar dəhliz fəaliyyət göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*