Qırğızıstan dərman tədarükçüləri üzərində nəzarəti zəiflətdi – Sərəncambackend

Qırğızıstan dərman tədarükçüləri üzərində nəzarəti zəiflətdi - Sərəncam

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qırğızıstanda koronavirus epidemiyası ilə əlaqədar sərhəd-keçid məntəqələri bağlı olduğu üçün dövlət qeydiyyatı olmayan dərmanların müvəqqəti tədarükünə icazə verilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir Muhammedkalıy Abılqaziyev Qırğızıstanda qeydiyyata alınmayan, ancaq həyat üçün vacib hesab edilən dərman və tibbi cihazların ölkəyə gətirilməsinə yaşıl işıq yandıran bir sərəncam imzalayıb.

Qırğızıstan apteklərinə instruksiyaları qırğız və rus dillərində olmayan dərmanlar da çatdırıla bilər.

Həmçinin lisenziyasız və dövlət qeydiyyatı olmadan tibbi maskaların istehsalına müvəqqəti icazə verilir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*