Qırğızıstan Prezidenti Moskvada parada qatılmadı – nümayəndə heyətində COVID-19 tapıldıbackend

Qırğızıstan Prezidenti Moskvada parada qatılmadı – nümayəndə heyətində COVID-19 tapıldı

Qırğızıstan Prezidenti Sooronbai Jeenbekov Moskvadan qayıtdıqdan sonra nümayəndə heyətində müəyyənləşdirilmiş COVID-19 hadisələri ilə əlaqədar olaraq özünü təcrid edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Bu gün Qırğızıstan lideri Qırğızıstan nümayəndə heyətinin iki üzvündə COVID-19 ortaya çıxması səbəbindən Moskvadakı Qələbə Paradında iştirak etməyib.

Əvvəllər xəbər verildiyi kimi, alqoritmə görə, prezident, nümayəndə heyəti üzvləri və müşayiət edənlər Moskvaya gəldikdən sonra koronavirus testindən keçiblər.

Prezident aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov və bir təhlükəsizlik işçisi müsbət nəticə verib.

Prezident Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdən çəkinib.

Mətbuat xidməti qeyd edib ki, bu vəziyyətdə qırğız liderinin paradda iştirakı “tədbirlərdə iştirak edənlərə qarşı məsuliyyətsiz addım kimi qiymətləndiriləcəkdi”.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*