Qırğızıstan prezidentinin 8 işçisində koronavirus aşkarlandıbackend

Qırğızıstan prezidentinin 8 işçisində koronavirus aşkarlandı

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov aparatının səkkiz işçisində koronavirus aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İnterfaks agentliyi yayıb.

Test Qələbə Paradında iştirak edən nümayəndə heyətinin iki üzvündə infeksiya aşkarlandığı üçün aparılıb.

Xəstəliyin hamısının simptomsuz şəkildə keçdiyi, ev təcridinə göndəriləcəyi aydınlaşıb.

Bir müddət sonra onların yenidən testdən keçiriləcəyi deyilir.

Jeenbekov Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya gəlib. Ancaq nümayəndə heyətinin iki üzvünün – prezident aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov və təhlükəsizlik işçisinin koronavirusa yoluxduğu məlum olub.

Nəticədə Jeenbekov paradda iştirak etməyib.

Dövlət başçısında test mənfi nəticə göstərib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*