Qırğızıstan-Tacikistan sərhədində atışma: Yaralı varbackend

Qırğızıstan-Tacikistan sərhədində atışma: Yaralı var

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qırğızıstan Dövlət Sərhəd Mühafizə Xidmətinin bir hərbçisi Tacikistan istiqamətindən açılan atəş nəticəsində yaralanıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinə istinadən məlumat yayılıb.

Xidmətin mesajına görə, naməlum şəxslərin sərhəd dəstəsini Tacikistan tərəfdən atəşə tutduqları güman edilir.

Mətbuat xidməti bildirir ki, hərbçi əlindən yara alıb, ona tibbi yardım göstərilib.

Zərərçəkənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*