Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə xarici şəxslərin və şirkətlərin media sahəsində iştirakını məhdudlaşdıran yeni qanunu imzalayıb.
KONKRET.az xəbər verir ki, qanun artıq qüvvəyə minib.
Yeni qanuna əsasən, xarici fiziki və hüquqi şəxslər Qırğızıstanda media qurumlarının nizamnamə kapitalında 35%-dən artıq paya malik ola, idarə edə və ya onlara nəzarət edə bilməzlər.
Bu məhdudiyyətlər yalnız ənənəvi media ilə məhdudlaşmır. Rəqəmsal platformalar da daxil olmaqla, bütün media qurumları Ədliyyə Nazirliyində məcburi qeydiyyatdan keçməli olacaqlar.
Qanunun məqsədi ölkənin informasiya təhlükəsizliyini təmin etmək və xarici təsirin qarşısını almaq kimi təqdim edilsə də, bəzi ekspertlər bu addımı ifadə azadlığı üçün riskli hesab edir.
Müşviq Tofiqoğlu
KONKRET.az