Qırğızıstanda Özbəkistana gedən tunel aşkarlandı – ŞOK VİDEObackend

Qırğızıstanda Özbəkistana gedən tunel aşkarlandı - ŞOK VİDEO

Qırğızıstan sakininin evində Özbəkistana tunel tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Tunelin dərinliyi 15 metr, uzunluğu 130 metrdir. Qırğızıstan vətəndaşının evindən Özbəkistanla sərhədə qədər olan məsafənin 50 metr olduğu müəyyən edilib. Xüsusi xidmət orqanlarının çəkdiyi əməliyyat çəkilişindən aydın olub ki, tunel evin otaqlarından birində döşəmənin altından başlayır və hündürlük isə insan boyu qədərdir. Bundan başqa ev sahibinin özü də kadrda yer alıb.

Mənbənin sözlərinə görə, aşkarlanan tuneldən qaçaqmalçılıq və qeyri-qanuni insanların daşınması üçün istifadə edilib. Evin 38 yaşlı sahibi qanunsuz fəaliyyətin təşkilatçısı kimi saxlanılıb. Eyni zamanda Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndələri sərhədi qanunsuz keçərək ölkəyə daxil olan şəxslərin axtarışına başlayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*