Qırğızıstanın keçmiş prezidenti 11 il 2 ay müddətinə həbs edildibackend

Qırğızıstanın keçmiş prezidenti 11 il 2 ay müddətinə həbs edildi

Vəkil Sergey Slesarev Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin korrupsiya iddiası ilə mühakimə olunduğunu söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Mənbə bildirir ki, Bişkekin Pervomaysk rayon məhkəməsinin onu 11 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdiyi aydınlaşdırılıb.

Bundan əvvəl Qırğızıstanın sabiq prezidenti ötən il avqustun 9-da Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin “Alfa” xüsusi təyinatlı dəstəsi komandirinin müavini Usenbek Niyazbəyevi öldürmək ittihamı ilə həbs edilmişdi.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*