Qırmızı dənizdə daha bir gəmi batırıldı – Husilər bunu da etdibackend

Qırmızı dənizdə daha bir gəmi batırıldı – Husilər bunu da etdi

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının dəniz qüvvələri Qırmızı dənizdə daha bir ticarət gəmisinin batırılmasına görə məsuliyyəti öz üzərinə götürüb.

KONKRET.az xəbər verir ki, hücuma məruz qalan gəminin “Eternity C” olduğu və onun İsrailin Eylat limanına doğru hərəkət etdiyi bildirilir. Husilərin açıqlamasına görə, əməliyyat pilotsuz kater, altı qanadlı və ballistik raketlə həyata keçirilib.

Bəyanatda qeyd olunur ki, gəmi tamamilə batırılıb və əməliyyatın audio və video görüntüləri qeydə alınıb.

Husilər iddia edirlər ki, hücumdan sonra gəmi heyətinin bir neçə üzvü təxliyə olunub, onlara tibbi yardım göstərilib və təhlükəsiz yerə aparılıblar.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*