ABŞ Qırmızı dənizdə ticarəti təmin etmək üçün çoxmillətli əməliyyata başlayıb.
KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb Yəmən husilərinin hücumları nəticəsində böyük gəmi şirkətlərinin işinin iflic olmasıdır.
Gəmilər marşrutlarını dəyişməyə məcbur olur və qlobal ticarətin pozulma qorxusu yaranır.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərq qərargahının yerləşdiyi Bəhreyndə səfərdə olan Pentaqon rəhbəri Lloyd Ostin təhlükəsizlikdə Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Hollandiya, Norveç, Seyşel adaları və İspaniyanın iştirak etdiyini bildirib. Bu qrup Qırmızı dənizin cənubunda və ona bitişik Ədən körfəzində birgə patrul xidməti həyata keçirəcək.
Husilər İsrailin Qəzza zolağına hücumuna cavab olaraq ötən aydan bəri Qırmızı dənizdən keçən beynəlxalq gəmilərə pilotsuz təyyarələr və raketlərlə zərbələr endirir. Husilərin bu hərəkəti Avropa və Şimali Amerikanı Süveyş kanalı vasitəsilə Asiyaya birləşdirən əsas ticarət yolunu pozub. Britş Petrolium isə Qırmızı dəniz vasitəsilə bütün tranzit daşımalarını dayandırıb və Maersk də daxil olmaqla bir sıra aparıcı gəmiçilik şirkətləri Süveyş kanalı ilə Afrikanın cənub ucunda Ümid burnu ətrafında normal şəkildə daşınan yüklərin marşrutunu dəyişməyə başlayıb. Afrika ətrafında yeni marşrut gəmilərin bir neçə gün əlavə vaxtını alır. Bu isə milyonlarla dollar xərc deməkdirir.
Vəli Həsənov,
KONKRET.az