Xarı bülbülün adı çəkiləndə ilk olaraq ağıla doğma Şuşa gəlir. İllərdir bu gözəlliklər məskəninə həsrətlə baxırdıq. 44 günlük Vətən müharibəsində ermənilər üzərində qazanılan qələbə bizi işğalda olan torpaqlarımıza, eləcə də Xarı bülbülün ətri gələn Şuşaya qovuşdurdu.
Bundan sonra da həmin gül ordumuzun zəfər simvoluna çevrildi. Əsl adı Qafqaz qaş səhləbi olan bitkiyə digər regionlarda az-az rast gəlinir.
Maraqlısı odur ki, Xarıbülbül illərdir Yevlaxın Ərəbbəsrə kəndində də yetişib. Amma bağ sahibi Vidadi Şöyübov onu gizli saxlayıb. Səbəb isə Şuşanın işğalda olması göstərilir.