“Qırmızı Körpü” ilə bağlı rəsmi – AÇIQLAMAbackend

“Qırmızı Körpü” ilə bağlı rəsmi - AÇIQLAMA

Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda gözləmədə olan yük maşını yoxdur.

Bu barədə KONKRET.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində ümumilikdə 100 ədəd yük maşını gözləyir. Belə ki, “Astara” gömrük postunda 9, “Biləsuvar” gömrük postunda 28, “Mazımqara” gömrük postunda 17, “Samur” gömrük postunda 40, “Xanoba” gömrük postunda isə 6 yük maşını gözləmədədir.

Bildirilib ki, gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılması onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*