Qırmızı Meydana giriş bağlandıbackend

Qırmızı Meydana giriş bağlandı

Moskva yaxınlığında, Krasnoqorskda “Crocus City Hall”da 60-dan çox insanın həlak olduğu terror aktından sonra hüquq-mühafizə orqanları Moskvanın mərkəzində Qızıl Meydanı tamamilə əhatəyə alıb.

KONKRET.az xəbər verir ki, meydana bütün girişlər bağlanıb, polis əməkdaşları və çevik qüvvələr növbə çəkir.

Qeyd edək ki, martın 22-də törədilən terror aktı zamanı 60-dan çox insan ölüb, qurbanların sayının artacağı istisna edilmir. Eyni zamanda, 115 zərərçəkən xəstəxanaya yerləşdirilib, 30-dan çox insan isə ambulator yardıma müraciət edib. Moskvada yaxın iki gün ərzində bütün kütləvi tədbirlər ləğv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*