Bu qış Avropa Birliyini dəhşətli “enerji fırtınası” gözləyir.
KONKRET.az xəbər verir ki, “Gas Infrastructure Europe”un məlumatına görə, anbarlarda aktiv qaz ötən illə müqayisədə 23,4% (20,8 milyard kubmetr) azdır. Bu qış isə tərslikdən Avropada sərt qış gözlənilir. Deməli, bu regionda elektrik enerjisi, qaz qıtlığı və müvafiq olaraq qiymətlərdə kəskin sıçrayış qaçılmazdır. “Aİ 1973-cü ildən bəri olmadığı kimi enerji böhranı ilə üz-üzədir” deyə proqnozlaşdırılır.
Saxo Bank Baş İnvestisiya Direktoru Steen Jacobsenin sözlərinə görə, bu, neftə də təsir edəcək. İqtisadçı artıq 2022-ci ilin birinci rübündə bir barel üçün 100 dollardan yuxarı qiymətlərə təəccüblənməyəcəyini deyir. “Qiymətlər bundan sonra necə olacaq? Əlbəttə, daha da yüksələcək. Bu dəhşətli “enerji fırtınasıdır”, – deyə Jacobsen vurğulayıb.