Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ – XƏBƏRDARLIQbackend

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ

“Məlum olduğu kimi, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,22 % və ya 4.05 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1,844.55 dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,89 % artaraq 1 unsiyası 21.087 ABŞ dolları təşkil edib. Təbii ki, qızıl və gümüşün qiymətindəki artım Azərbaycanın qızıl bazarına da öz təsirini göstərəcək. Qızılın qiymətində artımlar olacaq. Ölkə bazarı böyük deyil. Ona görə də bu bazara məhsulların daxil olma tempi zəifdir. Ay ərzində iri təchizatçılar cəmi 5-10 dəfə məhsul gətirir. Dünya bazarında qiymət artımı baş verəndə onu özlərinin satış qiymətinə tez sirayət etdirirlər”.

KONKRET.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, ölkənin qızıl-zinət əşyaları bazarında qiymətin formalaşmasında başqa faktorların da rolu var:

“Burada əhalinin alıcılıq qabiliyyəti, mövsümi, qeyri-mövsümi dövrlər də mühüm rol oynayır. Ölkədə Ramazan və Məhərrəmlik ayında qızıla tələb kəskin şəkildə aşağı düşür. Qiymətlərin aşağı düşmə tempi bazara bahalaşma ilə müqayisədə daha gec sirayət edir. Bahalaşma xüsusən də xam qızılın qiymətinə daha çevik şəkildə təsir edir. Çünki ölkəmizdəki bazar iştirakçıları Türkiyə bazarı ilə qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyət göstərir. Son 3 ayda xam qızılın qiymətində 4 faizlik bahalaşma baş verib. Amma dünya bazarında baş verən son bahalaşma fonunda ölkəmizdə xam qızılın qiymətində təxminən 1 faizlik artım baş verə bilər. Qızıl-zinət əşyaları bazarında isə qiymət artımı daha aşağı səviyyədə olacaq. Çünki hazırkı şərtlər daxilində, sürətli inflyasiya fonunda lüks kateqoriyalı məhsullara tələb zəifləyir. Ona görə ola bilsin, zinət əşyaları bazarında qiymət artımı cüzi olsun”.

İqtisadçı ekspert Elşad Məmmədov da qeyd edib ki, dünya bazarında qızılın qiymətinin yüksəlməsi Azərbaycanın qızıl bazarına da təsir göstərəcək:

“Qeyd edim ki, istehlak bazarında qızıl qiymətlərinin formalaşmasında tədarük xərclərinin xüsusi çəkisi var. Tədavül xərcləri isə dünya bazarında müşahidə olunan qızılın qiymətində ciddi dinamika ilə bazara gəlib. Daxili bazarda qıymət faktorunun formalaşmasında tələb və təklifin dinamikası çox mühüm rol oynayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*