“Oskar” mükafatının sələfi sayılan “Qızıl Qlobus”un təqdimetmə tarixi açıqlanıb.
KONKRET.az xəbər verir ki, mərasim, 2026-cı il yanvarın 11-də keçiriləcək və yenə də Nikki Qlazerin aparıcılığı ilə baş tutacaq.
83-cü “Qızıl Qlobus” Mükafatları Beverli Hillsdəki Beverli Hilton otelində təşkil olunacaq.
Namizədlər isə 8 dekabr 2025-ci ildə açıqlanacaq.
Aynurə İsmayıl
KONKRET.az