Comex Nyu-York əmtəə birjasında Qızılın qiyməti 1 unsiya üçün 2100 dolları ötüb.
KONKRET.az xəbər verir ki, bununla qızılın qiyməti rekord səviyyəyə çatıb.
Bildirilir ki, noyabrın sonunda qızılın qiyməti sürətlə artmağa başlayaraq, yeddi ayın ən yüksək səviyyəsinə çatıb.
Bloomberg-in məlumatına görə, oktyabrın əvvəlindən qızılın qiyməti 16% bahalaşıb.
Qeyd edək ki, artıma səbəb kimi İsrail və Fələstinin arasında münaqişənin başlaması göstərilir.
Ariz Həsənoğlu,
KONKRET.az