Bakı şəhəri, Binəqədi rayonunda yeniyetmə qızın barmağında üzük qalıb.
KONKRET.az bildirir ki, yeniyetmənin barmağındakı üzüyü çıxarmaqda aciz qalan yaxınları Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.
Nazirliyin Bakı Regional Mərkəzinin xilasedciləri dərhal yardıma yetişiblər. FHN əməkdaşları müvafiq vasitələrlə həmin üzüyü yeniyetmənin barmağından çıxarıblar.