Qızını öldürmək istəyən ana ifşa olundu – Dəhşətli hadisəbackend

Qızını öldürmək istəyən ana ifşa olundu – Dəhşətli hadisə

Rusiyanın Çelyabinsk vilayətində 46 yaşlı qadın öz 12 yaşlı qızını öldürmək üçün tanışına sifariş verib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası, o cümlədən SHOT Telegram kanalı yayıb.

Məlumata görə, qadın tanışını evinə çağıraraq əvvəlcə ona məişət işlərində kömək etməyi təklif edib, daha sonra isə qızının ona “bərk bezdirdiyini” deyərək, onu 100 min rubl qarşılığında boğaraq öldürməsini istəyib. Qadın bu məbləği iş tamamlandıqdan sonra əlbəəl verəcəyini bildirib.

Ən dəhşətlisi isə odur ki, bu söhbət zamanı 12 yaşlı məktəbli qız qonşu otaqda dayanaraq gizlicə söhbəti dinləyib. Ana isə bundan xəbərsiz olub.

Qadın tanışını və qızını evdən yola salıb. Yolda kişi məktəbli qıza hər şeyi danışıb və onu qoruyacağına söz verib. Qızı öz evində gizlədib və dərhal polisə müraciət edib.

Hazırda qadın saxlanılıb. Məlum olub ki, onun ümumilikdə dörd uşağı var – üçü ilk nikahdan, o cümlədən qətlə cəhd etdiyi məktəbli qız, biri isə digər münasibətdən olan 5 yaşlı uşaqdır. Ailə keçən ilin payızında Sverdlovsk vilayətindən Çelyabinskə köçüb. Qeyd edilir ki, qadın əvvəllər inzibati məsuliyyətə cəlb olunub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*