Hindistanın Uttar-Pradeş ştatında yaşayan 42 yaşlı Alka Devi 17 yaşlı qızını öldürmək üçün qatil kirayələyib. Amma özü həmin killer tərəfindən öldürülüb. Devinin işə götürdüyü qatilin qızının sevgilisi olduğu üzə çıxıb.
KONKRET.az xəbər verir ki, Devinin əri inanılmaz qətlin üstünü açıb.
Belə ki, Alka Devinin ölümündən sonra maraqlı hadisə ortaya çıxıb. Devinin qızı əvvəllər 10 il həbsdə olan biri ilə görüşməyə başlayıb. Devi bu vəziyyətdən çox narahat olub və çarəni qızını öldürməklə tapıb.
Devi tapdığı qatil Sübhaşa qətli törətmək üçün 50 min rupi təklif edib. Amma Alka bilməyib ki, Subhaş artıq qızı ilə münasibətdədir.
Subhaş Devinin qızına həqiqəti deyəndə, onu anasının qazdığı quyuya salmaq üçün plan qurublar. Birlikdə Devini aldatmaq üçün qətl fotosu hazırlayıblar və bu hadisəni səhnələşdiriblər. Lakin Devi vəd etdiyi pulu verməyəndə Sübhaş onu boğaraq öldürüb.
Alkanın cəsədi Uttar Pradeş ştatının Etah rayonunda darı tarlasında tapılıb. Hadisə Alkanın əri Ramakantın həyat yoldaşının itkin düşdüyünü bildirməsi ilə üzə çıxıb. Polisin araşdırması nəticəsində həm Alkanın qızı, həm də Subhaş həbs edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az