Qlazqoda naməlum şəxs bir neçə nəfəri bıçaqladı – özü də güllələndibackend

Qlazqoda naməlum şəxs bir neçə nəfəri bıçaqladı - özü də güllələndi

Şotlandiyanın paytaxtı Qlazqo şəhərində “Park Inn”də bıçaqlı hücum baş verib. Bir polis də daxil olmaqla altı nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı BBC telekanalı yayıb.

Mənbə polisin şübhəlini güllələdiyini deyir.

Silahlı hüquq-mühafizə orqanlarının əməkdaşları West George küçəsində hadisə yerindədirlər.

Şotlandiya polisindən edilən şərhdə hadisənin geniş ictimaiyyət üçün təhlükə yaratmadığı ifadə edilib.

Baş nazir Boris Conson “Qlazqodakı dəhşətli hadisədən dərin kədərləndiyini” söyləyib.

Şahid Kreyq Milroy “Yerdə Afrika mənşəli, ayaqqabısı olmayan bir adam gördüm” deyib.

BBC əvvəlcə üç nəfərin öldüyünü bildirmişdi, lakin daha sonra altı nəfərin yaralandığı xəbərini yenidən yazıb.

Bu, son günlər Britaniyadakı ikinci belə hücumdur. Ötən şənbə günü Reading şəhərinin mərkəzində bir gənc istirahət edənlərə bıçaqla hücum edərək 3 nəfəri qətlə yetirib.

Hücum terror aktı kimi qəbul edilib, bunun arxasında tək cinayətkarın dayandığı deyilir.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*