Qlobal iqtisadiyyat üçün ciddi təhlükə yaranıbbackend

Qlobal iqtisadiyyat üçün ciddi təhlükə yaranıb

“Hazırda qlobal iqtisadiyyat ayrı-ayrı ticarət bloklarına parçalanma təhlükəsi ilə üz-üzədir. Bunun fonunda ölkələr qlobal istehsal və logistika zəncirlərinin maneə törədilməsinin qarşısını almalıdırlar”.

KONKRET.az xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çyanq bildirib. Onun sözlərinə görə sünyada davam edən qarşıdurmadan hər kəs son nəticədə uduzur.

Qlobal ticarət və istehsal zəncirlərinin sabit işləyən sistemi əksər dövlətlərin maraqlarına uyğundur. Ölkələr texnoloji dəyişikliklərin sürətini və əmək məhsuldarlığını sürətləndirmək istəyirlərsə, açıq inkişaf imkanlarından daha yaxşı yararlanmalıdırlar.

Çin rəsmisinin fikrincə, logistika zəncirləri qırılacağı təqdirdə qlobal iqtisadiyyat ciddi təhlükə ilə üz-üzə qalacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*